www.science.az
21.01.2014 00:00

AMEA Riyaziyyat və Mexanika İnstitutu və Milli Aerokosmik Agentliyi arasında əməkdaşlıq protokolu imzalanıb

AMEA Riyaziyyat və Mexanika İnstitutunda AR Müdafiə Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Aerokosmik Agentliyinin əməkdaşları ilə görüş keçirilib.

Görüşün əhəmiyyətindən söz açan Riyaziyyat və Mexanika institutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov elmi əməkdaşlığın ölkənin müdafiə sənayesinin inkişafına tövhə verəcəyini bildirib. Qeyd edib ki, əməkdaşların bu sahə üzrə birgə fəaliyyətləri həm elmin, həm də müdafiə sənayesinin inkişafına təkan verəcək, eyni zamanda agentliyin əməkdaşları tədqiqat işlərini institutun elmi jurnalında çap etdirə biləcəklər.

Milli Aerokosmik Agentliyin direktoru Alçın Şirinzadə görüşün keçirilməsinin təqdirəlayiq hal olduğunu ifadə edərək Azərbaycanda ilk dəfə keçiriləcək Ümumdünya sərgisinə hazırlıq işlərindən söz açıb. O, bu istiqamətdə Riyaziyyat və Mexanika İnstitunun alimlərinin fikirlərinə ehtiyac olduğunu bildirib.

Sonda əməkdaşlıq protokolu imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.