www.science.az
09.06.2016 11:17

"Elm və İnnovasiya" elmi-populyar proqramının növbəti buraxılışı yayımlanacaq

14 iyun 2016-cı il tarixində saat 22:15-də AzTV kanalında "Elm və İnnovasiya" elmi-populyar proqramının növbəti buraxılışı yayımlanacaq. Veriliş multikulturalizmin müxtəlif aspektlərinin müzakirəsinə həsr olunub.

Proqramın qonağı Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulladır.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.