www.science.az
21.01.2014 00:00

AMEA Aşqarlar Kimyası İnstitutunda növbəti elmi seminar keçirilib

AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda növbəti elmi seminar keçirilib.

Seminarda institutun direktoru, akademik Vaqif Fərzəliyevin “Aşqarların və sürtkü materiallarının inkişaf perspektivləri” adlı məruzəsi dinlənilib.

Məruzəçi bildirib ki, texnikanın sürətlə inkişafı istifadə olunan neft məhsullarının (sürtkü yağları, yanacaqlar) istismar xassələrinə qoyulan tələbləri ildən-ilə sərtləşdirir. Bununla əlaqədar neft məhsullarının istismar xassələrini kəskin yaxşılaşdıran yeni nəsl daha təsirli üzvi birləşmələrin - aşqarların məqsədyönlü sintezi aktual problemlərdən biridir. Eyni zamanda yüksək bioloji aktivliyə malik üzvi birləşmələrin yaradılması da vacib məsələlərdəndir.

Akademik V.Fərzəliyev qeyd edib ki, “Sürtkü yağlarının inkişaf perspektivləri” IX Beynəlxalq konfransı və “Sürtkülərin inkişaf perspektivləri” IV Beynəlxalq konfransında iştirak etmək üçün Rusiya Federasiyasının Moskva şəhərində ezamiyyətdə olmuşdur, AMEA Aşqarlar Kimyası İnstitutunda bu sahədə görülən işlər barədə məlumat vermişdir.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.