www.science.az
07.02.2014 00:00

Gənc alimlər elm sahəsindəki uğurlu fəaliyyətlərinə görə “Gənclər mükafatı”na layiq görülüblər

AMEA Fizika İnstitutunun doktorantı Xuraman Xəlilova AR Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə “Gənclər mükafatı” və diplomu ilə təltif edilib. Mükafat gənc alimə 2013-cü ildə elm sahəsindəki uğurlu fəaliyyətinə görə verilib.

Tədbirdə həmçinin, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun doktorantı Nüsrət Siracov və Kimya Problemləri İnstitutunun doktorantı Fikrət Əliyev də mükafatlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.