www.science.az
23.11.2016 14:09

İclasda seysmik kəşfiyyat və seysmoloji məlumatların birgə istifadəsinə dair müzakirələr aparılıb

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Elmi-Texniki Şuranın növbəti iclası keçirilib. 

Öncə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.

Tədbirdə akademik Hətəm Quliyev "Geoloji mühitin öyrənilməsi üçün seysmik kəşfiyyat və seysmoloji məlumatların birgə istifadəsi" mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra mərkəzdə 2016-cı ildə aparılmış elmi-istehsalat işlərinin bölmələr üzrə hesabatları müzakirə edilib. 

Tədbirdə, həmçinin mərkəzin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Vüqar Fərəcov cari ildə mərkəzdə çalışan gənclərin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.