www.science.az
05.02.2014 00:00

AMEA Gənc alim və mütəxəssislər şurasının ilk iclası keçirildi

AMEA-nın Əsas binasında yeni yaradılmış Gənc alim və mütəxəssislər şurasının ilk iclası keçirildi.Tədbiri giriş sözü ilə açan Şuranın sədri, AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov gündəlikdə duran məsələlər barədə məlumat verdi.Dövlət başçısı tərəfindən yürüdülən gənclər siyasətinin prioritetlərindən biri gənclərin elmi fəaliyyətini stimullaşdırmaq, onların elmin inkişafındakı rolunu artırmaq olduğunu söyləyən F.Salmanov rəhbərlik etdiyi Şuranın Azərbaycan elminin tərəqqisinə, eləcə də kreativ layihələrin reallaşdırılmasına töhfə verəcəyinə əminliyini bildirdi. Gənclərin elmə maraqlarının artırılmasına təkan vermək məqsədilə Şuranın üzərinə düşən vəzifələri ifadə etdi.İclasda şuranın təşkili və idarəolunması, İdarə heyətinin tərkibi, Şuranın loqosunun, Nizamnaməsinin hazırlanması və s. məsələlər müzakirə edildi, təklif və tövsiyyələr səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.