www.science.az
05.02.2014 00:00

AMEA-da elmi ekspedisiyaların yüksək səviyyədə təşkili istiqamətində tədbirlər görülür

 

AMEA-da elmi fəaliyyətin təşkili və idarə olunması istiqamətində aparılan islahatlar AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən həyata keçirilən ekspedisiya elmi-tədqiqat işlərinin də səmərəsinin artırılmasını tələb edir. Lakin ekspedisiyalarla bağlı mövcud normativ-hüquqi bazanın müasir standartlara cavab verməməsi elmi ekspedisiyaların təşkilində və həyata keçirilməsində müəyyən çətinliklər yaradır.

Bunu nəzərə alan AMEA prezidenti, akademik Akif Əlizadə “Ekspedisiya elmi-tədqiqat işləri haqqında Əsasnamə”nin hazırlanması barədə 9 aprel 2013-cü il tarixində sərəncam imzalamışdır. AMEA Rəyasət Heyətinin bugünkü iclasında sərəncamın icrası ilə əlaqədar hazırlanmış ekspedisiya elmi-tədqiqat işləri haqqında normativ sənədlərin layihələri müzakirə olunub.

İclasda “AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nın və “AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən aparılan elmi ekspedisiya işləri üzrə xərc normaları”nın layihələri təsdiq olunub. RH-nin qərarı ilə hər iki layihə təsdiq edilmək üçün AR Nazirlər Kabinetinə təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.