www.science.az
14.02.2014 00:00

Xalq şairi Zəlimxan Yaqub haqqında yeni kitab işıq üzü görüb

AMEA-nın müxbir üzvü Nizami Cəfərovun xalq şairi Zəlimxan Yaqub haqqında yeni kitabı işıq üzü görüb.

Müasir Azərbaycan və türk dünyası poeziyasının parlaq nümayəndələrindən biri olan, Azərbaycan şeirinin örnəklərini əzbərdən bilən və təbliğ edən, bu poeziyanın yeni nümunələrini yaradan Zəlimxan Yaqubun həyat və yaradıcılığına həsr olunmuş məqalələrin toplandığı bu kitab onun genişmiqyaslı ədəbi-mədəni və ictimai- siyasi fəaliyyətinə ümumxalq ehtiramının məhsuludur.

“Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş kitabın redaktoru Dəyanət Osmanlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.