www.science.az
18.02.2014 00:00

Görkəmli alim Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının akademiki seçilib və “Mühəndislik şöhrəti” ordeninə layiq görülüb

Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının ümumi iclasının qərarı ilə bu akademiyanın akademiki seçilib və ali mükafata - “Mühəndislik şöhrəti” ordeninə layiq görülüb.

Bu barədə Azərbaycan Mühəndislik Akademiyasına Ukrayna Mühəndislik Akademiyasından təbrik məktubu daxil olub. Məktubda Rəyasət Heyətinin qərarı ilə akademik Arif Paşayevin elm və texnikanın inkişafına, beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələrinə görə Ukrayna Mühəndislik Akademiyasının ali mükafatı – “Mühəndislik Şöhrəti” ordeni ilə təltif edildiyi bildirilir.

Eyni zamanda, qeyd edilir ki, Ukrayna Mühəndislik Akademiyasının ümumi yığıncağının qərarı ilə A.Paşayev onun həqiqi üzvü (akademiki) seçilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.