www.science.az
16.02.2017 14:20

“Azərbaycan arxeologiyası”nın V cildinin tamamlanması üçün mühüm işlər görülür

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları “Azərbaycan arxeologiyası”nın V cildi üzərində işin tamamlanması üçün Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda saxlanılan erkən orta əsrlərə aid arxeoloji materialların fotoşəkillərinin çəkilişinə başlayıblar.

İlkin mərhələdə Mingəçevir, sonrakı mərhələlərdə isə Torpaqqala və digər abidələrdən tapılmış erkən orta əsr maddi-mədəniyyət nümunələrinin fotoşəkilləri çəkiləcək. Həmin tapıntıların fotoşəkillərinin çəkilməsi ilə yanaşı, onların qeydiyyat nömrələri, tapılma vaxtları və məkanları ilə bağlı zəruri məlumatlar da qeydə alınır. Toplanmış bütün məlumat və fotoşəkillər müəyyən redaktədən sonra çapa hazırlanan “Azərbaycan arxeologiyası”nın V cildinə əlavə ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.