www.science.az
12.02.2014 00:00

AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçirildi

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti ümuminstitut seminarı keçirildi.

Seminarda Türkiyənin Atatürk Universitetinin Fənn fakültəsinin professoru Arif Səlimovun “Anti-Keler-Kodatsi strukturları haqqında bəzi qeydlər ” mövzusunda məruzəsi dinlənildi. Məruzəçi mövzu üzrə riyaziyyat elminin inkişafında edilən son yeniliklərlə institut əməkdaşlarını tanış etdi.

Qeyd edək ki, prof. Arif Səlimov Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsinin tələbəsi olmuşdur. 1995-ci ildən Türkiyənin Atatürk Universitetində çalışır və hazırda bu sahədə dünyanın tanınmış alimlərindən biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.