www.science.az
09.03.2017 16:45

Folklor İnstitutunun “İrs” ansamblı Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib

Martın 7-də Beynəlxalq Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş ənənəvi tədbir keçirilib.

Tədbirdə AMEA Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “İrs” ansamblı geniş konsert proqramı ilə çıxış edib. “Novruz gəlir, yaz gəlir” adlanan konsert kompozisiyada qədim mahnılarımızla yanaşı, türk dünyasının klassiklərinin irsindən nümunələr də səsləndirilib.

Əməkdar artist Nuriyyə Hüseynovanın rəhbərlik etdiyi ansamblın üzvlərinin ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.