www.science.az
16.03.2017 12:21

"Qədim dövrdə Azərbaycanda elmi biliklərin və təhsilin təşəkkülü" kitabı çapdan çıxıb

AMEA Elm Tarixi İnstitutunun Həmkarlar Təşkilatının sədri Aysel Bədəlovanın "Qədim dövrdə Azərbaycanda elmi biliklərin və təhsilin təşəkkülü" kitabı çapdan çıxıb.

"Elm və təhsil" nəşriyyatı tərəfindən çap olunan kitabın redaktoru institutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli, elmi məsləhətçisi isə bu müəssisənin elmi işlər üzrə direktor müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadədir.

Kitabda Azərbaycan ərazisində yerləşən Azıx mağarası, Qobustan, Gəmiqaya, Kültəpə və digər abidələr, Aratta, Lullubi, Kuti dövlət qurumları, Manna, Midiya, Atropatena, Albaniya dövlətləri ilə bağlı mənbələr, Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları əsasında Azərbaycanda qədim dövrdə elmi biliklərin, təlim-tərbiyə və təhsilin ilkin təşəkkülü məsələləri araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.