www.science.az
31.03.2017 10:40

Riyaziyyat və Mexanika İnstitutunda məktəblilər üçün növbəti seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirilir.

Martın 30–da Gənc Riyaziyyatçılar Məktəbinin “Birləşmələr nəzəriyyəsinin elementləri” mövzusunda ilk seminarı RMİ-də təşkil olunub. Seminarı institutun Qeyri-harmonik analiz şöbəsinin əməkdaşı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Vidadi Mirzəyev keçib.

Seminarda təklif olunan məsələlərin həllində şagirdlər fəallıq göstəriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.