www.science.az
31.03.2017 13:05

Azərbaycanlı alimlər Rusiyada AMEA və ölkə elminin tarixinə dair sənədləri araşdırıblar

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli və bu müəssisənin elmi işçisi Novruz Nuriyev martın 26-dan Rusiyanın Moskva şəhərində ezamiyyətdədirlər.

Səfər çərçivəsində azərbaycanlı alimlər Rusiya Elmlər Akademiyasının Arxivi, Rusiya Federasiyasının Dövlət Arxivi, Rusiya Federasiyası Prezidentinin Arxivi və Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivində olublar. Alimlər Azərbaycan Milli Elmlər Akademiyası və bütövlükdə ölkə elminin tarixinə dair çoxsaylı fakt və sənədləri araşdırıblar. Nəticədə Azərbaycan-Rusiya elmi-tarixi əlaqələri, həmçinin bir sıra alimlərimizin elmi fəaliyyətləri və əldə etdiyi nailiyyətlərlə bağlı mühüm məlumatlar əldə olunub.

Səfər 2 aprel tarixinədək davam edəcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.