www.science.az
20.02.2014 00:00

Xəzərin Azərbaycan sahillərində yaşayan quşların vəziyyətinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılıb

AMEA Zoologiya İnstitutunun əməkdaşları “Xəzər dənizinin Azərbaycan sahillərində nadir, nəsli kəsilməkdə olan quşların müasir vəziyyətinin öyrənilməsi və qorunmasının elmi əsaslarının hazırlanması” mövzusunda tədqiqat işləri aparıb. Araşdırmalar nəticəsində 76 nadir quş növünün müasir vəziyyəti müəyyən edilib. Onların qorunması, saylarının artırılması istiqamətində elmi əsaslandırılmış tövsiyələr hazırlanıb.

Zooloji muzeyin direktoru, biologiya üzrə fəlsəfə doktoru İlyas Babayevin sözlərinə görə, bu quşların 23 növü antropogen təsir səbəbindən azalmışdır. Onlardan 4 növ həssas, 9 növ təhlükədə, 11 növ isə böhran vəziyyətindədir. 1 növ (Qara leylək) və 2 yarımnövün (Qafqaz və Talış qırqovulu) nəsli kəsilib. 26 növ isə antropogen təsirdən asılı olmayaraq həmişə az saylı və ya təsadüf rast gəlinəndir.

Qeyd edək ki, Xəzərin Azərbaycan sahillərində bu kimi quşların məskunlaşdığı ərazilər Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan Milli Parkı, Yenikənd Su anbarı, Ağzıbir gölü və Samur Yalama Milli Parkıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.