www.science.az
20.02.2014 00:00

“Azərbaycanın nadir ağac və kol bitkiləri” kitabı çapdan çıxıb

AMEA Mərdəkan Dendrarisinin direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbov və professor Elman İsgəndərin “Azərbaycanın nadir ağac və kol bitkiləri” kitabı nəşr olunub.

“Elm” nəşriyyatında çapdan çıxmış kitabda Azərbaycan florasında təbii halda yayılmış 42 fəsilə 71 cinsə aid 198 növ nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkiləri haqqında ətraflı məlumat verilir.

Qedy edək ki, nəşr ərsəyə gəlməzdən əvvəl təqdiqat materiallarına aid növlərin təbii yayıldığı areallarda monitorinqlər aparılıb və populyasiyalarda fərdlərin yayılışı öyrənilib. Aparılan müşahidələr nəticəsində məlum olub ki, kitabda verilən növlərin əksəriyyətinin arealları əvvəlki illərə nisbətən çox kiçilmiş, bəzilərinin genefondu təhlükə ilə üz-üzə gəlmişdir.

Nəşrdə bitkilərin areallarının kiçilmə səbəbi öyrənilir, onların təhlükə meyarları müəyyən edilir. Bundan əlavə, kitabda verilmiş növlərin arealları, bioloji xüsusiyyətləri, təbii ehtiyyatın dəyişmə səbəbləri və qoruma tədbirləri haqda məlumat verilir.

Nəşrin Azərbaycanın “Qırmızı kitabı”na salınması tövsiyə edilir.

Kitab ölkədə ekoloji tarazlığın saxlanılması, nadir incilərin tanınması və mühafizə edilməsi baxımından əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.