www.science.az
10.04.2017 18:20

İEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədliyi qeydə alınmış alimlərin elmi fəaliyyəti müzakirə olunub

Bu gün AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında İctimai Elmlər Bölməsinin (İEB) ümumi yığıncağı keçirilib.

Tədbiri bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova açaraq yığıncağın İEB üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədliyi qeydə alınmış alimlərin elmi fəaliyyətlərinin müzakirəsinə həsr olunduğunu bildirib.

Bölmədən "Tarix" ixtisası üzrə həqiqi və müxbir üzvlüyə 4, "Şərqşünaslıq" ixtisası üzrə həqiqi üzvlüyə 1, "İqtisadiyyat", "Fəlsəfə" və "Psixologiya" ixtisasları üzrə isə müxbir üzvlüyə hər birinə 1 vakant yerin nəzərdə tutulduğunu deyən N.Axundova ümumilikdə 36 namizədin qeydə alındığını diqqətə çatdırıb.

İclasda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək namizədliyi qeydə alınmış alimlərin Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olduğunu söyləyib.

Daha sonra hər bir namizəd öz elmi fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.

Sonda namizədlərin təqdimatlarına dair fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.