www.science.az
19.04.2017 15:44

Azərbaycanlı tarixçi alim Türkiyədə beynəlxalq simpoziumda iştirak edib

Türkiyənin paytaxtı Ankara şəhərində görkəmli türk tarixçisi, professor Xəlil İnalcıkın xatirəsinə həsr olunan “Tarix və tarixçilik” mövzusunda beynəlxalq simpozium keçirilib.

Türk Tarix Qurumu və Qazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Litva, Ukrayna, Qazaxıstan, Rumıniya, Albaniya, Qırğızıstan, İran, İraq və Əlcəzairdən olan tarixçi alim və tədqiqatçılar iştirak ediblər.

Beynəlxalq simpoziumda ölkəmizi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva təmsil edib. Tarixçi alimin “İslam tarixçiliyində elmi-bioqrafik əsərlər” adlı məruzəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.