www.science.az
24.02.2014 00:00

REA Kristalloqrafiya İnstitutu ilə birgə tədqiqatlar davam edir

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Nazik və Epiktaksial Təbəqələr laboratoriyasının müdiri, fizika-riyaziyyat üzrə elmlər doktoru Hidayət Nuriyev Rusiyada ezamiyyətdə olub.

Səfərdə məqsəd Rusiya Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutu ilə birgə aparılan elmi tədqiqatların nəticələri və gələcək planların müzakirəsi olub.

On günlük ezamiyyət müddətində H.Nuriyev Rusiyanın əməkdar elm xadimi Rafiq İmanov və institutun digər aparıcı alimləri ilə görüşüb, yeni texnologiyalarla tanış olub.

Aparılmış müzakirələr nəticəsində yarimkeçiricilərin nazik epitaksial təbəqələrinin cihazqayırmada mühüm əhəmiyyəti nəzərə alınaraq onların alınma texnologiyalarının yenidən işlənməsi, müxtəlif təyinatlı elementlərin və nanostrukturların yaradılması istiqamətində tədqiqat işlərinin davam etdirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.