www.science.az
05.05.2017 13:45

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı 5 may 2017-ci il tarixində işıq üzü görüb.

Yeni sayda AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncaqda Nizami Gəncəvi adına qızıl medalların və adlı mükafatların təqdim olunması, Lənkəranda “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” konfransı və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti, Heydər Əliyevə həsr olunmuş II Respublika elmi konfransı haqqında materiallar işıqlandırılıb.

Qəzetdə AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri, Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş Avropa Geoloji Elmlər İttifaqının Baş Assambleyasının iclası, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İvane Javaxişvili adına Tbilisi Dövlət Universitetində keçirilən Avropanın qabaqcıl alimlərinin tədqiqatlarını dəstəkləyən Avropa Tədqiqatlar Şurasının 10 illik fəaliyyətinin nəticələrinə həsr olunmuş toplantı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda keçirilən beynəlxalq ekspertlərlə görüş, Azərbaycan-Türkiyə coğrafiya günləri, görkəmli alim və pedaqoq Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda keçirilən beynəlxalq konfrans haqqında  məlumatlarla tanış olmaq olar. 

Həmçinin qəzetdə “С мудростью Низами”, “Между хаосом и созиданием”, “Стратегическая миссия”, “Забытый праздник”, “К 100-летию Энвера Алиханова”, “Исследователь истории музыкальной культуры”, “Фактор глобального значения”, “Сотрудничество с ООН”, “Марш за науку” və s. kimi məqalələr yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.