www.science.az
10.05.2017 10:00

Tehranda “Yusif və Züleyxa” poeması yenidən çap olunub

İranın paytaxtı Tehranda XV əsr Azərbaycan şairi Əhmədi Təbrizinin "Yusif və Züleyxa" poeması çapdan çıxıb.

Kitab Türkiyənin Mərmərə Universitetində saxlanan yeganə əlyazma nüsxəsi əsasında nəşr edilib.

İran alimi Firuz Rifahi Ələmdarinin nəşrə hazırladığı bu kitaba ön sözü AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov yazıb.

P.Kərimov ön sözdə XV əsr Azərbaycan ədəbiyyatı, Əhmədi Təbrizinin əsərlərinin səciyyəvi xüsusiyyətləri, anadilli poeziyamızda "Yusif və Züleyxa" mövzusu barədə ətraflı söhbət açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.