www.science.az
26.02.2014 00:00

AMEA Gənc alim və mütəxəssislər şurasının üzvləri “Xocalı” abidəsini ziyarət etdilər

Xocalı soyqırımı qurbanlarının xatirəsi bu gün AMEA Gənc alim və mütəxəssislər şurasının üzvləri tərəfindən də anıldı.Şura üzvləri faciənin 22-ci ildönümü ilə əlaqədar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət etdilər. Abidənin önünə əklil və gül dəstələri düzən gənclər soyqırım qurbanlarının xatirəsinə dərin ehtiramlarını bildirdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.