www.science.az
12.05.2017 10:04

“Məhdimqulu Fəraqi – dostluq və qardaşlıq nəğməkarı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

18 may 2017-ci il tarixdə saat 15:00-da AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Məhdimqulu Fəraqi – dostluq və qardaşlıq nəğməkarı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbirdə türkmən ədəbiyyatının böyük klassiki Məhdimqulu Fəraqinin həyat və yaradıcılığı, şairin poetik irsinin Şərqin ictimai-siyasi, ədəbi-elmi fikrinə təsiri, ədibin "Divan"ının Bakı nəşri ilə əlaqədar məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti, 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.