www.science.az
18.05.2017 09:45

“Strateji iqtisadi islahatlar: aktiv vergi siyasəti və vergiqoyma problemləri” mövzusunda konfrans keçiriləcək

6 oktyabr 2017-ci il tarixində İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü Akif Musayevin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illik yubileyinə həsr olunan “Strateji iqtisadi islahatlar: aktiv vergi siyasəti və vergiqoyma problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Beynəlxalq konfrans aşağıdakı bölmələr üzrə aparılacaq:

- Azərbaycanda aparılan iqtisadi islahatların strateji istiqamətləri və dayanıqlı sosial-iqtisadi inkişafın problemləri;

- Aktiv vergi siyasəti və vergiqoymanın elmi-nəzəri və praktiki problemləri;

- İqtisadi proseslərin təhlili və idarə olunmasında ekonometrikanın, riyazi üsul və modellərin tətbiqi.

Məqalə və ya tezislərin tərtib olunma qaydaları:

- Məqalənin, tezisin başlığı, müəllifin adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, telefon nömrəsi və elektron ünvanı əlavə olaraq ayrıca təqdim edilməlidir;

- Məqalə və tezis 12 ölçüdə Times New Roman şrifti ilə, 1,5 intervalla, abzas 1,25 yazılmalı, kənarlardan (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan və aşağıdan 20 mm) boşluq buraxılmalıdır;

- Müəllifin adı və inisialları qalın şriftlə, məruzənin adı böyük, qalın şriftlə; təşkilatın adı adi şriftlə yazılmalıdır;

- Məqalə formasındakı məruzələrin həcmi 6-10 səhifə ola bilər. Məqalə üçün qoyulan tələblər: Xülasə; nəticə; ədəbiyyat siyahısı mətndə istinadla, məsələn: [3], və ya [3;6;8] kimi yazılmalıdır;

- Tezislər 3 səhifədən artıq olmamalıdır.

Təşkilat komitəsi konfransın mövzusuna uyğun gəlməyən, qoyulan tələblərə cavab verməyən və aktual hesab edilməyən məruzələrin qəbul edilməməsi hüququnu özündə saxlayır.

Beynəlxalq konfransın proqramına daxil ediləcək məruzələr 31 avqust 2017-ci il tarixindən gec olmayaraq Azərbaycan, rus, türk və ingilis dillərinin birində elm@amea-iqtisadiyyat.org, tpasha_50@mail.ru elektron ünvanlarına göndərilə bilər.

Bakı və Sumqayıt şəhərindən olan müəlliflər məruzələrini, həmçinin A4 formatlı kağızda çap olunmuş, surəti elektron daşıyıcıda olmaqla Təşkilat Komitəsinə təqdim edə bilər.

Beynəlxalq konfransa qəbul olunmuş məruzələr haqqında müəlliflərə 15 sentyabr 2017-ci il tarixinə qədər məlumat veriləcək.

Beynəlxalq konfransa məqalə və ya tezis formasında təqdim olunan materiallar kitab şəklində dərc ediləcək.

Ünvan: Bakı ş., H.Cavid pr., 115.

Tel.: (+994 12) 510 37 92 (əlavə 1-35);

Mob: (+994 55) 352 32 60.

E-mail: elm@amea-iqtisadiyyat.org; tpasha_50@mail.ru.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.