www.science.az
19.05.2017 10:03

Azərbaycan alimi İtaliyada keçirilən beynəlxalq konfransda məruzə edib

Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov mayın 15-dən 17-dək İtaliyanın Roma şəhərində elmi ezamiyyətdə olub. O, İtaliya Coğrafiya Cəmiyyətinin 150 illik yubileyinə həsr olunan “Coğrafiya Cəmiyyəti yeni dünya tədqiqatları şəbəkəsində” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.

İtaliya Respublikasının Prezidenti Sergio Mattarellanın da iştirak etdiyi beynəlxalq tədbirdə akademik R.Məmmədov “Azərbaycan coğrafiyası və Azərbaycan Coğrafiya Cəmiyyətinin fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan coğrafiyasında aparılan elmi tədqiqatların prioritet istiqamətləri, iqtisadi-coğrafi və demoqrafik problemlər, həmçinin əldə olunan yeni nailiyyətlərdən bəhs olunub.

Azərbaycanlı alimin çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.