www.science.az
06.06.2017 11:09

Azərbaycanlı alim Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib

AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev Rusiya Təbiət Elmləri Akademiyasının (TEA) həqiqi üzvü seçilib.

Bu barədə qərar Rusiya TEA-nın Moskvada keçirilən illik yığıncağında qəbul olunub. 

T.Əliyev, həmçinin dünya elminin inkişafına verdiyi töhfələrə görə Avropa Elmi-Sənaye Konsorsiumu və Rusiya TEA tərəfindən təsis olunmuş “Əməkdar elm və təhsil xadimi” fəxri adına, V.İ.Vernadski adına “Qızıl medal”a və “Əmək və bilik” ordeninə layiq görülüb. 

İyun ayının əvvəlində isə Moskvada keçirilən tədris-metodiki əsərlərin təqdimatına həsr edilmiş beynəlxalq sərgidə iqtisadçı alimin “Marketinq” adlı dərs vəsaiti, “Azərbaycanda sənayenin innovativ inkişafı” və “Neft-qaz avadanlıqları istehsal edən xarici ölkələrlə iqtisadi əməkdaşlıq” monoqrafiyaları müvafiq sertifikatlara və beynəlxalq sərginin laureatı diplomuna layiq görülüb.

Qeyd edək ki, T.Əliyev Avropa Elmi-Sənaye Konsorsiumu tərəfindən “Adam Smit” qızıl medalı alan ilk Azərbaycan alimidir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.