www.science.az
13.06.2017 16:00

AMEA-nın magistraturasında təhsil alan tələbələr pedaqogika fənnindən imtahan veriblər

Bu gün AMEA-nın I kurs magistr tələbələri “Pedaqogika” fənnindən imtahan veriblər.

Magistraturada təhsil alan tələbələrə ümumi fənnlər üzrə dərslərin tədrisi və imtahanların qəbulu AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində həyata keçirilir. İmtahanlar mərkəzləşdirilmiş qaydada elektron test üsulu ilə aparılır.

“Psixologiya və “Fəlsəfənin əsasları” fənnindən imtahanlar isə uyğun olaraq iyunun 16-da və 19-da keçiriləcək.

Qeyd edək ki, imtahanlarda AMEA-nın institutlarından ümumilikdə 57 nəfər iştirak edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.