www.science.az
28.02.2014 00:00

Filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təsdiq olundu

Filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru vəzifəsinə təsdiq olunub. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

Qərara görə, Aybəniz İbrahim qızı Əliyeva-Kəngərli 5 il müddətinə AMEA-nın Mərkəzi Elmi Kİtabxanasının direktoru vəzifəsinə təyin edilib.

Digər bir qərarla Firəngiz Hüseynova MEK-in elmi işlər üzrə direktor müavini,Qutiyera Cəfərova isə elmi katib vəzifəsinə 5 il müddətinə təsdiq olunublar.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.