www.science.az
21.06.2017 14:01

“Hərb tariximizi öyrənək!” adlı tədbir təşkil edilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyində 26 iyun – Azərbaycan Silahlı Qüvvələr Günü ilə əlaqədar “Hərb tariximizi öyrənək!” adlı tədbir keçirilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyası tərəfindən təşkil olunan tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin məqsədi Azərbaycanın hərb tarixinə həsr olunmuş kitablar barədə geniş ictimaiyyəti məlumatlandırmaq və hərb tarixi sahəsində araşdırmalar aparan alim və mütəxəssisləri geniş ictimaiyyətlə tanış etməkdir.

Daha sonra tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov “Azərbaycan hərbi hissələri Rusiya imperatorlarının mühafizə xidməti tərkibində” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.