www.science.az
30.08.2017 14:16

Molekulların soyudulması üzrə yeni rekord qeydə alınıb

London İmperiya Kollecinin professoru Maykl Tarbuttun fiziklərdən ibarət komandası molekulların temperaturunu mütləq sıfırdan 50 milyondan artıq dərəcəyədək soyutmağa nail olub.

naked-science.ru saytının məlumatına görə, alimlər bu nəticəni kalsium ftoridin molekullarını yüksək maqnit təsiri altında dərin vakuuma yerləşdirərək əldə ediblər. Bu cür şəraitdə hissəciklər lazer şüalanmasının müəyyən fotonlarını özünə hopduraraq sürətlərini azaldıblar və molekulların temperaturu 200 μK-nə (Dopler həddi) çatıb. Daha sonra “Sizov soyuması” adlı yanaşmaya müraciət edən alimlər lazer şüalarının polyarizasiyasını dəyişərək hissəciklərə fotonları hopdurmağı davam ediblər. Beləliklə, tədqiqatçılar ilk dəfə Dopler həddini aşaraq molekulların temperaturunu 50 μK-nə çatdırıblar. Bununla alimlər molekulların soyudulması sahəsində yeni rekorda imza atıblar.