www.science.az
06.09.2017 10:18

Ermənilərin atdığı mərmi muzeydə nümayiş olunacaq

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən bir sıra materiallar müntəzəm olaraq AMEA Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilir.

Bu günlərdə düşmən qəddarlığını əks etdirən daha bir material - erməni silahlı qüvvələrinin dəzgahlı qumbaraatanlardan atdığı mərmi muzeyə təqdim olunub. Mərmini muzeyə Füzuli rayon sakini, Bakı Dövlət Universitetinin müəllimi Nazim Vəlişov təqdim edib.

Qeyd edək ki, bu ilin iyulunda Füzuli rayonunun Alıxanlı kəndi erməni silahlı qüvvələri tərəfindən minaatanlardan və dəzgahlı qumbaraatanlardan şiddətli atəşə tutulub. Dinc və günahsız sakinlərin həyatına son qoyan mərmi parçası erməni qəddarlığının daha bir sübutu olaraq muzeydə nümayiş etdiriləcək.

N.Vəlişov Qarabağa dair kitablarını da muzeyə hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.