www.science.az
08.09.2017 10:12

AMEA-da Avropa İttifaqının Nizami layihəsinin icrası və yeni tədris ilinə hazırlıqla bağlı müşavirə keçiriləcək

Sentyabrın 8-də saat 14:30-da AMEA-nın Əsas binasının kiçik konfrans zalında Avropa İttifaqının Nizami layihəsinin icrası və yeni tədris ilinə hazırlıqla bağlı müşavirə keçiriləcək.

AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsi tərəfindən reallaşacaq tədbirdə akademiyanın elmi müəssisələrinin Təhsil şöbələrinin rəhbərləri iştirak edəcəklər.

Ünvan: Bakı şəh., Hüseyn Cavid pr., 31.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.