www.science.az
08.09.2017 17:10

AMEA Şəki Regional Elmi Mərkəzi Oğuzda keçirilən “Şəfa” bayramında iştirak edib

Oğuz Rayon İcra Hakimiyyətinin və Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Oğuzda ilk dəfə olaraq “Şəfa” bayramı keçirilib. Şəhər istirahət parkında təşkil edilən bayram tədbirində Oğuzun, eləcə də Şəki, Qax, Zaqatala və Balakən rayonlarının meşələrində, dağlarında, düzənlik ərazilərində bitən dərman otları, şəfaverici bitkilər, həmçinin müalicəvi mineral sular, tərəvəz məhsulları, ev şəraitində hazırlanmış mürəbbə və şirələr nümayiş etdirilib.

Tədbirdə AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşları da iştirak ediblər. Mərkəz tərəfindən təqdim olunmuş 82 adda şəfalı bitki növləri, 19 adda cövhərdən və müalicəvi xüsusiyyətləri ilə faydalı olan amarant (qaratərə) bitkisindən hazırlanmış 10 adda ərzaq məhsullarından ibarət nümunələr bayram iştirakçıları, rayona gələn qonaqlar və turistlər tərəfindən böyük maraqla qarşılanıb.

“Şəfa” bayramının sonunda Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Fəxri Fərmanla təltif  olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.