www.science.az
13.09.2017 15:19

İtaliyalı professor AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda olub

İtaliyanın Roma La Sapienza Universitetinin Anatomiya, histologiya, məhkəmə ekspertizası və ortopediya kafedrasının professoru Fabio Naronu AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda (GEİ) olub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovla görüşdə iki qurum arasında birgə qrant layihələrdə iştirak, tələbə-müəllim mübadiləsi müzakirə olunub və əməkdaşlıq sazişinin bağlanması barədə razılığa gəlinib.

Daha sonra italiyalı qonaq GEİ, Fiziologiya İnstitutu və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Pde5-in ürək hipertoniyasında rolu” mövzusunda seminarda məruzə ilə çıxış edib. Bildirib ki, rəhbərlik etdiyi qrup digər laboratoriyalarla birlikdə dişlərdən və əzələlərdən alınmış kök hüceyrələrindən istifadə imkanlarını öyrənir.

Qeyd edək ki, F.Naronun Azərbaycana səfəri Roma La Sapienza Universitetinin beynəlxalq qrant layihəsi çərçivəsində baş tutub. Səfərdə əsas məqsəd yerli universitetlərin və elmi-tədqiqat institutlarının qrant proqramlarında iştirak, həmçinin gələcək lahiyələrə dair aktual mövzuların müzakirəsi idi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.