www.science.az
05.10.2017 10:01

Amerikalı alim Mərkəzi Elmi Kitabxanada olub

ABŞ-ın Los-Anceles Kaliforniya Universiteti Kitabxanasının Orta Şərq, Cənubi Asiya və İslam ölkələri üzrə təmsilçisi Devid Hörş AMEA-nın Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib.

MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova qonağa müəssisənin yaranma tarixi və fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə iki qurum arasında gələcək əməkdaşlıq prespektivləri müzakirə olunub.

Daha sonra D.Hörş kitabxananın sərgi salonu və Akademiklər zalında yaradılan diplomatik korpusların guşələri ilə tanış olub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.