www.science.az
18.03.2014 00:00

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının şöbə rəisi Moldovaya səfər edib

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov Moldovada səfərdə olub. Məqsəd Avropa Birliyinin Şərq Tərəfdaşlığı ökələri üçün ayırdığı “Horizon 2020” proqramı ilə bağlı müzakirələrdə iştirak etməkdir.

B.Seyidov 17 mart 2014-cü il tarixdə Kişinyov şəhərində Moldova Elmlər Akademiyasında keçirilən iclasda çıxış edib. O, “Şərq Tərəfdaşlığı ölkələri üçün Horizon 2020 mövzularının aktuallığı” adlı təqdimatda Avropa Birliyinin tədqiqat və innovasiya üzrə “Horizon 2020” proqramına dair AMEA-nın fəaliyyəti barədə məlumat verib. B.Seyidov AMEA-nın prioritet istiqamətləri, nəzərdə tutulan tədbirlər, proqram üzrə hazırlıq layihələri, eləcə də əlaqələndirici şəxslərin və mövzuların seçilməsi istiqamətində görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə Moldova Elmlər Akademiyasının prezidenti, akademik Georgi Duka, Moldova Parlamentinin “Mədəniyyət, təhsil, tədqiqat, gənclər, idman və kütləvi informasiya vasitələri” komitəsinin sədri Kiril Luçinski, Avropa Komissiyasının Tədqiqat və İnnovasiya üzrə Baş direktoru Robert Jan Smits iştirak ediblər.

Səfər çərçivəsində, həmçinin Moldova Elmlər Akademiyasının Beynəlxalq əlaqələr idarəsinin rəhbərliyi ilə də görüş keçirilib, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.