www.science.az
04.12.2017 12:03

Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Dekabrın 6-da saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda bu qurumun və Milli Aviasiya Akademiyasının birgə təşkilatçılığı ilə görkəmli riyaziyyatçı alim, akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı beynəlxalq konfrans keçiriləcək.

İki gün davam edəcək tədbirdə "Harmonik və qeyri harmonik analiz", "Funksional analiz", "Həndəsə, topologiya və cəbr", "Yaxınlaşmalar nəzəriyyəsi", "Xüsusi törəməli diferensial tənliklər", "Operatorlar nəzəriyyəsi və spektral analiz", "Tətbiqi analiz", "Bütöv mühit mexanikası", "Optimal idarəetmə problemləri", "Ehtimal nəzəriyyəsi və stoxastik analiz", "Riyazi fizika", "Riyaziyyatın tarixi və tədrisi metodikası" bölmələri üzrə məruzələr dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.