www.science.az
07.12.2017 17:14

10 dekabr - Ümumdünya İnsan Hüquqları Gününə həsr olunan beynəlxalq tədbir keçiriləcək

Dekabrın 14-də saat 12:00-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda bu qurumun və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 10 dekabr - Ümumdünya İnsan Hüquqları Gününə həsr olunan beynəlxalq tədbir keçiriləcək.

Tədbir 2018-ci ildə 70-ci ildönümü qeyd olunacaq “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” ilə bağlı bütün dünyada, eləcə də Azərbaycanda keçiriləcək silsilə tədbirlərin açılış mərasiminə həsr olunur.

Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın müvafiq nazirlik və komitələrinin əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və KİV nümayəndələri iştirak edəcəklər.

Ünvan: Bakı şəh., H.Cavid pros.125

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.