www.science.az
22.12.2017 08:32

ABŞ-da irsi korluğun müalicəsi üçün preparat istehsal edilib

ABŞ-da irsi korluğun müalicəsi üçün preparat istehsal edilib. Luxturna adı verilən dərman preparatı görmə qabiliyyətini itirən hər kəsə kömək edir. 

riaami.ru saytı xəbər verir ki, preparat son beş ayda gen terapiyası sahəsində qəbul olunmuş üçüncü dərmandır. Luxturna geni dəyişdirərək onu sağlam genlə əvəz edir və hətta göz nurunu tam itirənlərin də görmə qabiliyyətini bərpa edir.

ABŞ-ın Qida Məhsulları və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarət üzrə İdarəsi DNT-ni dəyişən və irsi korluğu aradan qaldıran preparatı bəyənərək qəbul edib.