www.science.az
29.12.2017 10:36

Milli Azərbaycan Tarixi Muzeyinə etnoqrafik material daxil olub

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə etnoqrafik məişət əşyası daxil olub. Bu, məişətimizdə geniş istifadə olunan əl tərəzisidir.

XIX əsrin sonu - XX əsrin əvvəlinə aid edilən əl tərəzisi ölçü vahidi kimi müxtəlif məqsədlərlə işlədilib. Dirək formasında olan tərəzi bürüncdəndir,  bir tərəfində yoğun tutacağı var.

Məişət əşyası muzeyin Etnoqrafiya fonduna təhvil verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.