www.science.az
09.01.2018 15:40

Rusiya və Azərbaycan seysmoloqları birgə tədqiqatlar aparacaqlar

Rusiya Elmlər Akademiyası İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin Neft-qazın kəşfiyyatı və nəzəri əsasları kafedrasının müdiri, professor Vaqif Kərimov AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.

Monitorinq mərkəzində keçirilən görüşdə RSXM-ın direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli qonağa rəhbərlik etdiyi qurumda görülən işlər barədə ətraflı məlumat verib. Həmçinin mərkəzin fəaliyyətdən bəhs edən təqdimat nümayiş etdirilib.

Görüşdə tərəflər arasında əməkdaşlıq məsələləri, birgə seysmotomoqrafiya işlərinin aparılması və təcrübə mübadiləsinin həyata keçirilməsinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.