www.science.az
12.01.2018 11:30

İqtisadiyyat İnstitutunun professoru Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib

AMEA-nın İqtisadiyyat İnstitutunun Sənaye siyasəti və investisiya problemləri şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru, professor Rauf Cəbiyev Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) müxbir üzvü seçilib.

Alim RTEA-nın həqiqi və müxbir üzvləri arasında aparılmış sorğunun nəticələrinə əsasən, xaricdə nəşr olunmuş sanballı elmi tədqiqatlarına görə bu ada layiq görülüb. R.Cəbiyevə RTEA-nın müvafiq diplomu təqdim olunub. 

Qeyd edək ki, azərbaycanlı alim iqtisadiyyatın müxtəlif sahələrinə dair 380-nə yaxın elmi əsərin müəllifidir. Onun  beynəlxalq reytinqli xarici jurnallarda 100-dən çox elmi məqaləsi dərc edilib. Bundan əlavə, professor R.Cəbiyev iqtisad elminin inkişafına verdiyi töhfələrə görə RTEA tərəfindən “Əməkdar elm və təhsil xadimi” fəxri adına da layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.