www.science.az
07.04.2014 00:00

AMEA Aşqarlar Kimyası İnstitutu ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA Aşqarlar Kimyası İnstitutu (AKİ) ilə Gəncə Dövlət Universiteti (GDU) arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Sənəd elm və təhsil müəssisəsi arasında informasiya mübadiləsi, elmi konfransların təşkili, birgə elmi-tədqiqat işləri və digər akademik mübadilələrin aparılması məqsədi daşıyır.

Müqaviləyə əsasən, kimyanın müxtəlif sahələri üzrə ixtisaslaşmış tələbə və magistrlərin fərdi yaxud qrup şəklində AKİ-də təcrübə keçmələri təmin ediləcək.

Müqavilə çərçivəsində tərəflərin fəaliyyətlərinin koordinasiya edilməsi məqsədilə ildə ən azı bir dəfə ardıcıl olaraq işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur.

5 il müddətində qüvvədə olacaq müqaviləni AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev və GDU-nin rektoru, professor Yusif Yusibov imzalayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.