www.science.az
08.04.2014 00:00

Eroziya və Suvarma İnstitutu ilə Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları təşkilatı arasında razılaşma əldə olunub

Bu il AMEA Eroziya və Suvarma İnstitutu ilə Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları (İCARDA) təşkilatı arasında tədqiqat işlərinin aparılmasına dair razılaşma əldə olunub. Tədqiqat işinin mövzusu “Dayanıqlı bitkiçilik və otlaq heyvandarlığının inkişafı: şorlaşmış torpaqların idarə olunmasında müasir yanaşmalar”dır.

Layihənin yerinə yetirilməsində əsas məqsəd şoran torpaqlarda kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi zamanı şorlaşmaya qarşı müasir texnologiyalardan istifadə etmək və eyni zamanda bu ərazilərdə heyvandarlığın yem bazasının gücləndirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsidir.

 

Qeyd edək ki, təklif İCARDA tərəfindən irəli sürülüb və razılaşma 3 il müddətinə nəzərdə tutulub.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.