www.science.az
09.03.2018 10:03

Cənubi Koreyanın “Weekly Wood Newspaper” qəzetində Mərkəzi Nəbatat Bağı haqqında yazı dərc olunub

Cənubi Koreyanın Jeonbuk Universitetinin Meşəçilik fakültəsinin dosenti Daniel Kvonun müəllifi olduğu "Baku Botanical Garden" sərlövhəli məqalə həmin ölkənin “Weekly Wood Newspaper” qəzetində dərc edilib.

2017-ci ilin oktyabr ayında Mərkəzi Nəbatat Bağının qonağı olmuş D.Kvo məqalədə qurumun yaranma tarixi, mövcud bitki kolleksiyaları, aparılan elmi tədqiqat işləri haqqında yazıb.

Cənubi Koreyalı alim Azərbaycanın endemik, nadir ağac növü olan eldar şamının əhəmiyyətindən də geniş söz açıb. Müəllif bağın Bakı şəhəri üçün xüsusi əhəmiyyətini vurğulayıb, gələcək perspektivlərdən də geniş bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.