www.science.az
09.03.2018 14:03

“Elimizə Novruz gəlir” adlı tədbir keçiriləcək

Mart ayının 17-də saat 12:00-da Dendrologiya İnstitutunda “Elimizə Novruz gəlir” adlı tədbir keçiriləcək.

AMEA-nın Alimlər Evi və Folklor İnstitutu tərəfindən təşkil olunacaq tədbirdə qədim Novruz ənənələrimiz barədə ətraflı məlumat veriləcək, "Novruz bayramı və klassik ədəbiyyat", "Novruz milli-mənəvi bütövlük bayramıdır", "Türk xalqlarında yaz bayramları", "Novruz mərasim kompleksinin aktual problemləri" mövzularında məruzələr dinləniləcək.

Tədbirin proqramında maraqlı bayram konserti də nəzərdə tutulub.

Ünvan: Bakı ş., Xəzər r-nu, Mərdəkan qəsəbəsi, S.Yesenin küç., 89

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.