www.science.az
12.03.2018 12:04

Gəncə və Şəmkir şəhərlərində orqanik ekoloji təmiz kənd təsərrüfatına dair tədbirlər keçirilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə (FAO) birgə Gəncə və Şəmkir şəhərlərində “GCP/AZE/006 TUR: Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” layihəsi çərçivəsində tədbirlər təşkil edib.

“Orqanik ekoloji təmiz kənd təsərrüfatı üzrə maarifləndirici görüşlər” mövzusunda keçirilən tədbirdə KTN, FAO, eləcə də Dünya Bankının nümayəndələri, ekofermerlər, iş adamları və AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı (ETKT) üzrə Regional Təcrübə və Resurs Mərkəzinin rəhbəri, professor Amin Babayev iştirak edib.

Məqsəd dünyada ekoloji kənd təsərrüfatının rolu, əhəmiyyəti, respublikada vəziyyəti, potensialı və müasir standartlarlara cavab verməsi barədə maarifləndirmə işi aparmaq idi.

Tədbirdə çıxış edən A.Babayev ekoloji təmiz kənd təsərrüfatının elmi bazasının yaradılmasında rəhbərlik etdiyi qurumun faəliyyətindən danışıb, müəssisədə aparılan tədqiqatlar barədə təqdimatla çıxış edib.

Sonda o, iştirakçıların suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.