www.science.az
27.03.2018 11:13

Gənc ixtiraçı Reyhan Camalovanın adı “Forbes” jurnalının reytinq cədvəlinə daxil edilib

Dünyanın nüfuzlu nəşrlərindən olan “Forbes” jurnalındakı gənc ixtiraçıların reytinq cədvəlinə ilk dəfə azərbaycanlı yeniyetmənin - Reyhan Camalovanın adı daxil edilib.

“Forbes”in hesabatında ən gənc ixtiraçılardan biri kimi yer alan R.Camalova “İstək” liseyinin şagirdidir. Onun hazırladığı yağış suyundan enerji istehsal edən “Reynerci (Rainergy)” qurğusu jurnalda ən diqqətçəkən ixtiralardan biri kimi qeyd olunub.

Xatırladaq ki, Reyhan Camalovanın Hindistanda keçirilən “Climatelaunchpad” yarışmasında iştirakına AMEA-nın Yüksək Texnologiyalar Parkı sponsorluq etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.