www.science.az
27.03.2018 17:50

"Elm və İnnovasiya" proqramının növbəti qonağı akademik Teymur Bünyadov olacaq

Martın 27-də saat 22:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq. Veriliş Azərbaycanda arxeologiya və etnoqrafiya sahəsində əldə olunmuş nailiyyətlərə, bu sahədə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Proqramın qonağı Azərbaycanın görkəmli tarixçi-etnoqraf alimi, Əməkdar elm xadimi, “Şöhrət” və "Şərəf" ordenli, akademik Teymur Bünyadovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.